Rio-de-Janeyroda 130-dan çox insan həlak olub
Ajans.az xəbər veirir ki,bubarədə məlumatı ReutersagentliyiBraziliyahakimiyyətinə istinadənyayıb. Məlumata görə, əməliyyat iki gün davam edib. İlk gün 64 nəfərin, o cümlədən dörd polis əməkdaşının öldüyü bildirilib. Polisin açıqlamasına əsasən, əməliyyat “Qırmızı Komandanlıq” (portuqalca Comando Vermelho, CV) adlı cinayətkar qruplaşmaya qarşı yönəlib və onun hazırlanması iki ay davam edib. Xüsusi təyinatlı qüvvələr meşəlik ərazidə pusqu quraraq silahlı dəstə üzvlərini mühasirəyə alıblar. Rio-de-Janeyro qubernatoru Klaudio Kastro əməliyyatı “narkoterrorizmə qarşı mübarizə” adlandırıb. Onun sözlərinə görə, əməliyyat zamanı meşədən atəş açan silahlı şəxslərin hamısı məhv edilib: “Düşünmürəm ki, o gün meşədə mülki şəxs ola bilərdi. Yeganə həqiqi qurbanlar polis idi,” — deyə Kastro bildirib. Rio ştatının hökuməti bəyan edib ki, polis bir neçə favela (gecəqondu məhəlləsi) ərazisində narkotik ticarətini idarə edən dəstələrə qarşı tarixdəki ən böyük əməliyyatlardan birini həyata keçirib. Braziliyanın ədliyyə naziri Rikardo Levandovski bildirib ki, prezident Luis İnasio Lula da Silva əməliyyatın federal hökumətə məlumat verilmədən “son dərəcə qanlı və qəddar” şəkildə keçirildiyini öyrənəndə təəccüblənib. Hazırkı əməliyyat Rio-de-Janeyro tarixində ən ölümcül polis əməliyyatı hesab olunur. Əvvəlki ən böyük əməliyyat 2021-ci ilin mayında Jacarezinho favelasında keçirilmiş və nəticədə 28 nəfər, o cümlədən polis əməkdaşları və şübhəlilər həlak olmuşdu.