Musavat.com xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Sakaşvili Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən son görüşü şərh edib.
Sakaşvili bildirib ki, bu görüş Cənubi Qafqazda sülh prosesinin taleyi baxımından mühüm əhəmiyyət daşıyır, lakin bölgədə hələ də Rusiyanın təzyiq mexanizmləri qalmaqdadır:
“Prezident Əliyev və Baş nazir Paşinyan arasında çox mühüm görüş keçirilib. Cənubi Qafqazda Rusiya qarmaqları olduğu müddətcə bu bölgə sülhə qovuşmayacaq. Rusiyanın son istehkamı — İvanişvilinin patoloji diktaturasıdır. Gürcü xalqı öz azadlığı uğrunda mübarizə aparmaqla həm də regionda sülh uğrunda mübarizə aparır.”
Sakaşvili həmçinin vurğulayıb ki, Gürcüstanın demokratiya və müstəqillik uğrunda apardığı mübarizə təkcə ölkə sərhədləri ilə məhdudlaşmır:
“Gürcü xalqının azadlıq yürüşü həm Azərbaycan, həm Ermənistan, həm də bütün Cənubi Qafqaz üçün təhlükəsizlik və sabitlik məsələsidir.”
Musavat.com
 
                        