"Qarabağ"ın futbolçusu Kadi Borges parataekvondo üzrə Azərbaycan millisi ilə görüşüb.
QOL.az xəbər verir ki, görüş Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında olub. Bu barədə MPK-nın mətbuat xidməti məlumat yayıb.
Kadi "Qarabağ"ın və onun özünün fanatı olan gənc parataekvondoçu Amin Əliyevlə görüşüb. Braziliyalı futbolçu ona öz formasını hədiyyə edib.
Həmin anların fotolarını təqdim edirik:


