ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
“Qadınlar da kişilər kimi qarşı tərəfə hörmət və diqqət göstərməlidirlər, çünki bu, sağlam münasibətlərin əsasını təşkil edir. Hörmət, insanın şəxsiyyətinə dəyər verildiyini göstərir və qarşılıqlı etimadı gücləndirir. Diqqət isə insanın duyğularını, ehtiyaclarını və fikirlərini önəmli hesab etmək deməkdir”
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında ailə psixoloqu Sevinc Həbibova deyib:
“Qarşılıqlı hörmət və diqqət münasibətlərdə anlaşılmazlıqları azaldır və münasibətlərin balanslı olmasına kömək edir. Bu yalnız romantik münasibətlər üçün deyil, həm də işgüzar və sosial əlaqələr üçün vacibdir. Qadınların diqqətli davranması, qarşı tərəfin emosional ehtiyaclarını anlamağa imkan verir və qarşı tərəfin sərhədlərinə hörmətlə yanaşmaqla özünü göstərir. Diqqət həmçinin kiçik, lakin əhəmiyyətli detalları nəzərə almaqla ortaya çıxır”.
Sevinc Həbibova qeyd edib ki, hörmət və diqqət göstərmək, qarşılıqlı sevgi və dostluğu möhkəmləndirir, cəmiyyətin qadın və kişi rollarına dair stereotiplərini dəyişməyə kömək edir.
“Bu yanaşma kommunikasiya bacarıqlarını artırır və insanın özünə hörmətini gücləndirir. Nəticədə, hörmətli və diqqətli davranış hər iki tərəf üçün xoş və sağlam münasibətlər yaradır”.
Firuzə
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.