Yeri gəlmişkən qeyd edim ki, Doktor Şəfəq Nəzirova ürək xəstəlikləri keçirən pasiyentlərin müalicəsi və reabilitasiyası üzrə ixtisaslaşıb. Mütəxəssis müxtəlif kardioloji xəstəlikləri (infarkt, infarkt qabağı vəziyyət, hipertoniya, miokardit, hipotoniya, ürəyin işemik xəstəlikləri) müalicə edir. Həkim Azərbaycan, Avropa və Türkiyə Kardiologiya Cəmiyyətlərinin üzvüdür.
Müqəddəs həkim adı daşımaq çoxsaylı insanlara nəsib olur, lakin yalnız mehriban və mərhəmətli həkim xəstələrin məhəbbətini, xalqın etimadını qazanır. Odur ki, doktor Şəfəq Nəzirova kimi dəyərli həkimlərimizin qədrini bilməli, onlara layiqli dəyərini verməliyik.
Sağlamlığımın bərpa olunmasına, mənə göstərilən keyfiyyətli tibbi xidmətə, həkim heyyətinin həssaslığı və xəstələrə qarşı olan səmimi münasibətinə görə, Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri, invaziv kardioloq Şəfəq Nəzirovaya xüsusi təşəkkürümü bildirirəm!
Sağlamlıq naminə gücünüz-qüvvəniz həmişə yetərli olsun!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31