AZ

"Sumqayıt"ın kapitanı "Araz-Naxçıvan"la oyunu kənardan izləyəcək - SƏBƏB

Misli Premyer Liqasının 10-cu turunda "Araz-Naxçıvan"ı qəbul edəcək "Sumqayıt"ın baş məşqçisi Saşa İliç əsas futbolçularından birini Naxçıvan təmsilçisinə qarşı oynada bilməyəcək. 

Fanat.Az-ın məlumatına görə, bu, komandanın kapitanı Səbuhi Abdullazadədir.

Səbuhi ötən tur "Zirə" ilə səfər oyununda (0:1) 4-cü sarı vərəqəni alaraq cəzalı duruma düşüb.  

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq "Sabah" - "Qəbələ" oyunu noyabrın 2-də keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək.

Nihat

Seçilən
0
1
fanat.az

2Mənbələr