AZ

Dünya Bankı: 2025-ci ildə “Brent” neftinin orta qiyməti 68 dollara enəcək

BAKI, 30 oktyabr. TELEQRAF

“Brent” markalı neftin barelinin orta qiymətinin 2025-ci ildə 68 ABŞ dolları olacağı proqnozlaşdırılır. Bu da 2024-cü ildəki 81 ABŞ dolları ilə müqayisədə kəskin azalma deməkdir.2026-cı ildə isə orta qiymətin 60 ABŞ dolları olacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında qeyd edilib.

Bildirilib ki, Dünya Bankı Qrupunun enerji qiymətləri indeksi 2025-ci ildə illik müqayisədə 12%, 2026-cı ildə isə əlavə 10% azalacaq, 2027-ci ildə isə 6% artacaq.

Neft qiymətləri üzrə proqnoz neft istehlakının artım tempinin davamlı şəkildə zəifləyəcəyini nəzərdə tutur, bu da Çində tələbin çox zəif artımı, elektrik və hibrid avtomobillərin sürətlə yayılması, həmçinin qlobal neft təklifinin artması ilə izah olunur. Qlobal neft bazarında artıq təklifəhəmiyyətli dərəcədə artıb.

Seçilən
17
teleqraf.com

1Mənbələr