“Kəpəz” heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi ötən mövsüm komandada çıxış edən Rati Ardazişvili ilə danışıqlara başlayıb. “Sarı-göylər” sabiq futbolçusunu geri qaytarmaq niyyətindədir.
Əgər tərəflər arasında danışıqlar müsbət yekunlaşsa, transferin qışda baş tutması gözlənilir.
Rati hazırda Gürcüstanın “Qaqra” klubunda çıxış edir. O, komandası ilə keçirdiyi 10 oyunda bir qol vurub, eyni sayda assist edib. Futbolçunun klubuyla müqaviləsi avqustda başa çatır.
Yarımmüdafiəçi ötən mövsüm “Kəpəz”in heyətində 18 oyunda forma geyinib və iki məhsuldar ötürmə edib.
Fərid Nəsibov