AZ

Rusiyanın Vinnitsaya hücumunda 7 yaşlı qız həyatını itirib

Rusiyanın

Ukraynanın Vinnitsa vilayətində oktyabrın 30-da baş verən Rusiya hücumu nəticəsində yaralanan 7 yaşlı qız dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, bunu Vinnitsa Vilayət Hərbi Administrasiyası rəhbərinin birinci müavini Natalya Zabolotnaya bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun hücumu nəticəsində dinc sakinlər arasında yaralananlar olub – dörd nəfər böyüklə 7 yaşlı qız uşağı xəsarət alıb.

“İki nəfər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti orta ağırdır. Daha iki nəfər yüngül xəsarət alıb və hospitalizasiya olunmaqdan imtina edib. Qız uşağı isə çox ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, təəssüf ki, bu mümkün olmadı”,- Zabolotnaya əlavə edib.

Məlumata görə, qızcığaz Ladijin şəhərində yaşayırdı. Onun adı Diana olub. Bu barədə sosial şəbəkədə Ladijin Şəhər Şurasının katibi Aleksandr Kolomiyets məlumat paylaşıb.

Zabolotnayanın sözlərinə görə, Rusiya qüvvələri bölgəyə ümumilikdə 90 pilotsuz uçuş aparatı (PUA) və 23 qanadlı raketlə hücum edib.

“Nəticədə kritik infrastruktur obyektləri və mülki binalar zədələnib. Ümumilikdə bölgədə 23 yaşayış evi dağılıb. Onlardan biri iki mərtəbəlidir və orada 21 nəfər yaşayırdı. Evin ciddi zədələnməsi səbəbindən ailələr müvəqqəti olaraq köçürülüb”,- deyə o qeyd edib.

Hazırda müvafiq komissiyalar həmin evdə ekspertiza aparır və binanın gələcək istismarının mümkünlüyünü qiymətləndirir.

Zabolotnaya əlavə edib ki, xilasetmə və bərpa işləri davam etdirilir. Hadisə yerində xilasedicilər çalışır, yanğınsöndürmə işləri aparılır.

ELÇİN
Seçilən
17
1
reyting.az

2Mənbələr