AZ

Luvr soyğunu ilə bağlı daha beş nəfər HƏBS OLUNDU

Fransa hüquq-mühafizə orqanları Luvrdan kral daş-qaşlarının oğurlanmasında şübhəli bilinən yeni şəxslər həbs edib.

Publika.az xəbər verir ki, bu barədə RTL məlumat yayıb.

Oktyabrın 29-da axşam saatlarında Luvr soyğununda beş yeni şübhəli Paris bölgəsinin müxtəlif rayonlarında eyni vaxtda həbs edilib. Şübhəlilərdən birinin DNT-si cinayət yerində tapılan nümunə ilə uyğunlaşıb. Paris prokuroru Lor Bekko, əvvəllər həbs edilmiş iki şübhəlinin qismən etiraf etdiyini təsdiqləyib, lakin oğurlanmış tarixi zinət əşyaları, o cümlədən İmperator Yevgeninin 2000 brilyantdan ibarət tacı və Kraliça Mariya Amalinin sapfir boyunbağısı hələ də tapılmayıb

Mədəni Əmlakların Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Mərkəzi İdarəsi bu tarixi sərvətlərin axtarışı ilə məşğul olur, həm qanuni sənət bazarını, həm də qeyri-qanuni paylama kanallarını təhlil edir. İstintaq cinayətdə iştirak edənlərin hamısının müəyyənləşdirilməsi istiqamətində davam etdirilir.

Xatırladaq ki, oktyabrın 19-da naməlum şəxslər Luvr muzeyinə soxularaq Napoleonun kolleksiyasındakı qızıl-zinət əşyalarını oğurlayıblar. Soyğunçular oğurluğu cəmi 7 dəqiqəyə tamamlayıblar. Oğurlanan zinət əşyalarının dəyərinin 88 milyon avro olduğu bildirilir.

Seçilən
13
publika.az

1Mənbələr