AZ

Volkswagen son beş ildə ilk dəfə ziyana uğrayıb: Maliyyə itkisi bir milyard avronu keçib

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Avropanın ən böyük avtomobil konserni "Volkswagen" 2025-ci ilin üçüncü rübünü son beş ildə ilk dəfə böyük ziyanla başa vurub - 1.072 milyard avro.

Oxu.Az xəbər verir ki, şirkətin maliyyə hesabatında belə deyilir.

Bildirilir ki, "Volkswagen" 2025-ci ilin üçüncü rübündə avtomobil satışının 1% artmasına baxmayaraq ziyana düşüb. Bu müddət ərzində maşın istehsalı 4.9% artıb.

2025-ci ilin ilk üç rübünün nəticələrinə görə, "Volkswagen Group"un vergilərdən sonrakı mənfəəti 2.6 dəfə azalıb (təqribən 3.405 milyard avro). İlin əvvəlindən satışlar 1.2% artaraq 6.604 milyon avroya çatıb.

Qeyd edək ki, şirkət ziyana uğradığı barədə sonuncu dəfə 2020-ci ilin ikinci rübündə məlumat vermişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
3
oxu.az

4Mənbələr