AZ

BDU Çinin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 30 oktyabr, AZƏRTAC

Çin Xalq Respublikasının Beijing Kimya Texnologiyası Universitetinin dekan müavini Yu Yuenin rəhbərlik etdiyi əməkdaş və doktorantlardan ibarət nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. Qonaqlar BDU-nun rektoru Elçin Babayevlə görüşüblər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Elçin Babayev Azərbaycan ilə Çin arasında yüksəksəviyyəli siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin olduğunu qeyd edib. Bildirib ki, BDU Çinin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Rektor bu əlaqələri daha da inkişaf etdirmək üçün Beijing Kimya Texnologiyası Universiteti ilə müxtəlif istiqamətlərdə birgə layihələr həyata keçirməyin əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ali təhsil müəssisəsi arasında elmi və akademik əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində qonaqlar BDU-da fəaliyyət göstərən “Ekoməkan”, “Tələbə məkanı”, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, Konfutsi İnstitutu ilə tanış olublar. Həmçinin Nanoaraşdırmalar, Materialşünaslıq və digər tədqiqat laboratoriyalarında görülən işlər barədə məlumat alıb, Kimya fakültəsində aparılan elmi-tədqiqat işləri və nüvə maqnit rezonansı cihazı ilə tanış olublar.

Tələbə İnkişaf Mərkəzində BDU-nun Kimya fakültəsinin professor-müəllim heyəti, doktorantları və Beijing Kimya Texnologiyası Universitetinin əməkdaşları arasında görüş keçirilib. Tədbirdə hər iki universitetin fəaliyyəti və tarixi haqqında videoçarxlar nümayiş etdirilib. Çinli doktorantlar öz elmi-tədqiqat işləri barədə məlumat verib, tərəflər arasında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
azertag.az

1Mənbələr