Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Rusiyanın hazırda Cənubi Qafqazda əsas hədəfinin Ermənistan olduğu çoxdan müşahidə olunur. Kremldə hesab edirlər ki, Paşinyan hakimiyyətdən getdikdən sonra Ermənistan yenidən Rusiyanın orbitinə qayıdacaq. Yenidən Rusiyanın forpostu və hətta quberniyası olacaq. Ona görə hesab edirlər ki, növbəti parlament seçkiləri Rusiyanın bu məsələ üçün istifadə edə biləcəyi ən uyğun siyasi mərhələdir”.Bunu Demokrat.az-a siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, artıq Kreml Rusiyanın Ermənistandakı agent şəbəkəsini hərəkətə gətirib:“Bu şəbəkəyə erməni Kilsəsi, erməni oliqarxlar və radikal revanşistlər daxildir. Bu üçlük Kremlin bütün təlimatlarını yerinə yetirir və Ermənistanda hakimiyyətin dəyişdirilməsi prosesinin əsas iştirakçılarıdılar. Bütün bunları nəzərə aldıqda görünür ki, növbəti parlament seçkiləri Ermənistan üçün olduqca ağır keçəcək, təkcə Paşinyanın yox, bütün Ermənistanın taleyini müəyyən edəcək. Paşinyan höküməti hazırda həmin agent şəbəkəsinin əsas üzvlərini zərərsizləşdirməklə Ermənistanda hakimiyyətin Rusiya tərəfindən dəyişdirilməsinin qarşısını almağa çalışır”.Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        