AZ

Dünya Bankı Avropa və ABŞ-da qazın qiyməti üzrə proqnozunu açıqlayıb

Dünya Bankı (DB) 2025-2026-ci illər üzrə Avropa və ABŞ-da təbii qazın qiymət proqnozunu yeniləyib.

Bu barədə "APA-Economics" Bankın oktyabr ayı üzrə proqnozuna istinadən xəbər verir.

Proqnoza əsasən, Avropada təbii qazın orta qiyməti 2025-ci ildə 1 mln. BTU-ya görə 12,1 ABŞ dolları (öncəki proqnoz göstəricisindən 0,5 dollar çoxdur), 2026-cı ildə isə bu göstərici 10,8 dollar səviyyəsində (öncəki proqnozdan 0,2 dollar çoxdur) olacaq.

Bununla yanaşı, DB 2027-ci il üçün Avropada qazın orta qiymətinin 9,8 dollar səviyyəsində qərarlaşacağını ehtimal edir.

Bundan əlavə, ABŞ-da qazın orta qiyməti 2025-ci ildə 1 mln. BTU-ya görə 3,5 dollar (öncəki proqnoz göstəricisindən 0,2 dollar çoxdur), 2026-cı ildə isə 3,9 dollar (öncəki proqnozdan 0,5 dollar çoxdur) səviyyəsində proqnozlaşdırılır.

Dünya Bankı ABŞ-da qazın orta qiyməti üzrə 2027-ci il üçün proqnozunu da açıqlayıb. Belə ki, bank qeyd olunan göstəricinin 2027-ci ildə 3,9 dollar səviyyəsində qərarlaşacağını ehtimal edir.

DB-nin hesablamalarına görə, 2024-cü ildə Avropada və ABŞ-da qazın orta qiyməti müvafiq olaraq 11 dollar və 2,2 dollar təşkil edib.

Beləliklə, 2025-ci, 2026-cı və 2027-ci illərdə Avropada qaz illik müqayisədə müvafiq olaraq 10,4% artacaq, 10,7% və 9,3% azalacaq. Öz növbəsində, ABŞ-da qazın qiyməti 2025-ci ildə 59,7%, 2026-cı ildə 11,4% artacaq, 2027-ci ildə isə dəyişməyəcək.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Seçilən
5
apa.az

1Mənbələr