AZ

Dünya Bankı: Qlobal qaz hasilatı 2026-cı ildə 2,4% artacaq

BAKI, 30 oktyabr. TELEQRAF

Qlobal təbii qaz hasilatının 2025 və 2026-cı illərdə müvafiq olaraq 1,7 və 2,4% artaraq 2025-ci ildə 4 250 milyard kubmetr, 2026-cı ildə isə 4 350 milyard kubmetr olacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında qeyd edilib.

Məlumata görə, bu artımlar əsasən Şimali Amerikadakı inkişafla – xüsusilə yeni LNG terminallarının istifadəyə verilməsi ilə əlaqədar olaraq LNG ixracının genişlənməsi hesabına baş verəcək. Rusiyada isə təbii qaz hasilatının artımı beynəlxalq sanksiyalar, Avropanın qaz alışlarını dayandırmaq planları və yeni layihələrin icrasında gecikmələr səbəbindən məhdud olaraq qalacaq.

Ümumilikdə 2025-ci il üzrə qlobal təbii qaz istehlakının təxminən 4 270 milyard kubmetr olacağı proqnozlaşdırılır ki, bu da təxminən 60 milyard kubmetr və ya 1,4% artım deməkdir. 2026-cı ildə isə istehlakın təxminən 1,9% artaraq 4 350 milyard kubmetrə çatacağı gözlənilir. Bu artım Asiya-Sakit okean regionunda sənaye fəaliyyətinin bərpası və enerji sektorunda tələbin artması ilə əlaqələndirilir.

Qiymətlər baxımından 2025-ci ildə təxminən 60% artımdan sonra ABŞ-də təbii qazın baza qiymətinin 2026-cı ildə 11% artacağı, 2027-ci ildə isə LNG ixracının artması fonunda sabitləşəcəyi proqnozlaşdırılır. Avropada isə baza qiymətin 2025-ci ildə təxminən 10% artacağı, 2026 və 2027-ci illərdə müvafiq olaraq 11% və 9% azalacağı gözlənilir ki, bu da tələbin nisbətən zəifləyişi və mayeləşdirilmiş təbii qazın (LNG) idxalının artması ilə izah olunur. 2025-ci ilin qalan dövründə qiymətlərin ümumilikdə sabit qalacağı gözlənilir.

Seçilən
16
teleqraf.com

1Mənbələr