AZ

Azərbaycanlı müğənni arıqlamaq üçün sirkə içdi, xəstəxanalıq oldu - FOTO

Müğənni Mənzurə Musayevanın səhhətində problem yaranıb.

Müğənni Mənzurə Musayeva arıqlamaq üçün tətbiq etdiyi üsuldan sonra səhhətində ciddi narahatlıq yaşayıb.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Rəngarəng" verilişində danışıb. O bildirib ki, kivi sirkəsi içdikdən sonra halı pisləşib:

"Yemək yemədim, kivi sirkəsini suya töküb içdim. Birdən gördüm ki, özümü pis hiss edirəm, başım gicəllənir. Həkimə getdim, bütün müayinələrdən keçdim. Məlum oldu ki, qanımda beş vitaminin səviyyəsi aşağı düşüb. Kivi sirkəsi arıqladır, amma orqanizmdə ciddi problemlər yaradır" .

Müğənni bu təcrübədən sonra həkim məsləhəti olmadan arıqlama vasitələrindən istifadə etməmək barədə izləyicilərinə xəbərdarlıq edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
4
milli.az

1Mənbələr