Meksikanın “Pumas” klubunda çıxış edən uelsli yarımmüdafiəçi Aaron Remzi iki həftə əvvəl itkin düşən itini tapmaq üçün hər yerdə axtarış aparır.
Publika.az xəbər verir ki, “Arsenal”ın keçmiş futbolçusu sosial şəbəkələrdə paylaşım edərək sevimli ev heyvanının tapılmasına kömək göstərilməsini xahiş edib.
Əvvəlcə Remzi itini tapan şəxsə 10 min dollar mükafat vəd etmişdi, lakin o, bu məbləği 20 min dollara qədər artırıb.
“Əgər bizim Halo barədə hər hansı məlumatınız varsa, çəkinmədən bizimlə əlaqə saxlayın. Onun tapılması üçün böyül mükafat nəzərdə tutulub. Hamımız dua edirik ki, o sağ-salamatdır və tezliklə bizə qayıdar”, – deyə Remzi sosial şəbəkədə yazıb.