AZ

QAHİRƏ YAXINLIĞINDAKI 1 MİLYARD DOLLARLIQ MUZEYDƏ 50 MİN ARTEFAKT SƏRGİLƏNƏCƏK » AzadMedia.az

QAHİRƏ

İki onillikdən artıq gözləntidən sonra Misir nəhayət Böyük Misir Muzeyinin qapılarını dünyaya açır. 1 milyard dollarlıq bu nəhəng layihə ölkənin turizm sektorunu canlandırmaq və qədim mədəniyyətini yeni nəsillərə çatdırmaq məqsədi daşıyır.

Qahirə şəhərinin kənarında, məşhur Qiza piramidalarının yanında yerləşən muzey, dünyada yalnız bir sivilizasiyaya həsr olunan ən böyük muzey kimi tarixə düşəcək. Burada qədim Misirin 50 mindən çox artefaktı, o cümlədən firon dövrünə aid nadir eksponatlar nümayiş etdiriləcək.

Layihə 2005-ci ildə başlanıb, lakin 2011-ci ildə baş verən siyasi qarışıqlıqlar tikintini üç il müddətinə dayandırıb. Açılış isə dəfələrlə təxirə salınıb — sonuncu dəfə Yaxın Şərqdəki gərginliklər səbəbindən bu ilin iyulunda.

Muzeyin ən böyük diqqət mərkəzindəgənc firon — Tutankamonun kolleksiyası durur. 1922-ci ildə tapılan bu xəzinə ilk dəfə tam şəkildə bir yerdə sərgilənəcək. Onun qızıl taxtı, sarkofağı, maskası və bərpa edilmiş cənazə arabaları xüsusi işıqlandırma ilə nümayiş olunacaq.

Digər unikal eksponat isə firon Xufunun 4 min 600 illik “günəş gəmisi”dir. Bu taxta gəmi 2021-ci ildə piramidalar kompleksindən muzeyə daşınıb və indi xüsusi qoruma şəraitində sərgilənir.

Misir hökuməti ümid edir ki, yeni muzey ölkəyə daha çox turist cəlb edəcək. 2024-cü ildə Misiri 15 milyondan çox turist ziyarət edib, hökumət isə bu rəqəmi 2032-ci ilə qədər 30 milyona çatdırmaq niyyətindədir.

Açılış mərasimində bir çox dünya liderlərinin və mədəniyyət nümayəndələrinin iştirakı gözlənilir. Qahirə yaxınlığında inşa edilən yeni metro stansiyası və “Sfenks Beynəlxalq Hava Limanı” muzeyə girişi asanlaşdıracaq.

Seçilən
17
1
azadmedia.az

2Mənbələr