AZ

Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfəGələcəyin Peşələri Sammiti keçirilib.

Trendxəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, “Gələcəyə tərəf” devizi altında Naxçıvanşəhərində baş tutan tədbirin məqsədi əmək bazarında yeni peşə vəbacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların işdünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil vəməşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla, buekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlığınıdəstəkləməkdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan RespublikasıPrezidentinin səlahiyyətli nümayəndəsinin müavini SamirSeyidəhmədli, Naxçıvan Muxtar Respublikasının baş naziri CeyhunCəlilov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini VüsalNəsirli, Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirininmüavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edənFərid Bağırzadə, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrusİsayev, Naxçıvan MR Sahibkarlar Konfederasiyasının İdarə Heyətininsədri Vüqar Abbasov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədriSadiq Əliyev, digər dövlət qurumlarının rəsmiləri, özəl sektorunnümayəndələri, yerli və xarici karyera məsləhətçiləri, insanresursları üzrə mütəxəssislər, təhsil ekspertləri, inkişafmentorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Samir Seyidəhmədli AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevraltarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də insankapitalının inkişafının əsas fəaliyyət istiqamətlərindən biri kimimüəyyən edildiyini, Naxçıvan Muxtar Respublikasında da buistiqamətdə mühüm addımlar atıldığını bildirib.

O, muxtar respublikada elektron xidmətlərin genişləndirilməsi,təhsil və məşğulluq əlaqələrinin gücləndirilməsi, gənclərininnovativ layihələrə cəlb olunması, ixtisaslı kadr hazırlığı və s.sahələrdə həyata keçirilən genişmiqyaslı tədbirləri qeyd edib.Vurğulanıb ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair2023–2027-ci illər üçün Dövlət Proqramı”nda da muxtar respublikadayeni iqtisadi istiqamətlərin formalaşdırılması, insan kapitalınıngücləndirilməsi əsas hədəflər sırasındadır. Gələcəyin peşələriartıq bu gündən formalaşır və bu baxımdan, muxtar respublikada yeniistiqamətlər üzrə hazırlıq və təcrübə proqramlarınıngenişləndirilməsi xüsusi önəm kəsb edir.

Vüsal Nəsirli belə bir sammitin təşkilinin ölkəmizin məşğulluqsiyasətində yeni düşüncə mərhələsinin göstəricisi, insankapitalına, eləcə də bilik və bacarıqların gələcək nəsillərəötürülməsinə yönəlmiş strateji baxışın ifadəsi olduğunu qeydedib.

Nazir müavini bildirib ki, Naxçıvan MR-da da hazırda yenilənəniqtisadiyyatın, innovativ yanaşmaların və gənclərin potensialınınüzə çıxarılması sahəsində mühüm və ardıcıl işlər aparılır. BuSammitin nəticələri gələcəyin peşə ekosisteminin formalaşmasınadəyərli töhfə verəcək. Çünki burada dövlət, özəl sektor və təhsilmüəssisələri gələcəyin peşə xəritəsini formalaşdırmaq üçün birgəsəylər göstərəcək. Biz birlikdə gələcəyin əmək bazarını dahainklüziv, rəqabətədavamlı və insan mərkəzli edə bilərik.

Digər çıxış edənlər də Sammitin əhəmiyyətini, gələcəyin əməkbazarına hazırlıq baxımından belə tədbirlərin və vahid müzakirəplatformasının yaradılmasının vacibliyini qeyd ediblər.

Tədbir çərçivəsində “Əmək bazarının transformasiyası” və“Dəyişikliklərə adaptasiya” adlı iki panel müzakirəsi təşkilolunub. Panellərdə təhsil strategiyalarında yeni yanaşmalar vəgələcək addımlar, müasir məşğulluq strategiyaları, gələcəyin peşəvə bacarıqlarında gözlənilən yeniliklər, bu yeniliklərə adaptasiyayolları, gələcək əmək bazarına hazırlıq, bununla bağlı NaxçıvanMR-də qarşıda duran çağırışlar müzakirə edilib.

Növbəti Gələcəyin Peşələri Sammitinin bu ay Bakı şəhərindəkeçirilməsi nəzərdə tutulub.

Seçilən
20
5
az.trend.az

6Mənbələr