AZ

"Neftçi"nin qapıçısı yeni ildə bu komandada olacaq - SON DURUM

"Neftçi"nin qapıçısı Rza Cəfərovun karyerasını harada davam etdirəcəyi dəqiqləşmək üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisində ehtiyatda qalan qolkiperin icarəyə verilməsi gündəmdədir.

Onunla hazırda 3 klub maraqlansa da, Cəfərov qış fasiləsində "Kəpəz"ə qoşulmaq variantına üstünlük verir. O, Azər Bağırovun rəhbərliyi altında oynamaq və millinin əsas qapıçısına çevrilmək niyyətindədir. Klubların bu yöndə apardığı danışıqların müsbət məcrada davam etdiyini nəzərə alsaq, sözügedən "çərçivə" qoruyucusu yanvarda Gəncə təmsilçisinin heyətində olacaq.

Nihat

Seçilən
6
1
fanat.az

2Mənbələr