Kartellərin dron müharibəsi: El Çaponun məmləkəti hədəfə alınıb
7NEWS.az xəbər verir ki, Meksikanın Sinaloa əyalətində El Çaponun məmləkəti olan Badiraquato partlayıcı yüklü dronlarla hədəfə alınıb. Sentyabr ayından bəri davam edən hücumlar El Çaponun ailəsinə məxsus La Tuna rançosuna (ferma) da zərbə vurub.