ABŞ prezidenti Donald Tramp Senatın azlıq lideri Çak Şumerin Yaponiya və Cənubi Koreyaya işgüzar səfəri ilə bağlı tənqidlərini "xəyanətə yaxın" adlandırıb.
Qaziler.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu özünün “Truth Social” səhifəsində yazıb.
Şumer oktyabrın 29-da ABŞ Senatına verdiyi ifadədə Trampın Asiya səfərini tamamilə uğursuz adlandırıb. Demokrat şikayətlənıb ki, onun fikrincə, Tramp səfər zamanı heç nə etmir, halbuki öz ölkəsində hökumət şatdaunla əlaqədar fəaliyyətini dayandırıb.
Tənqidə cavab olaraq Tramp yazıb ki, o, həftənin yeddi günü, günün 24 saatı inanılmaz dərəcədə çox çalışıb və trilyonlarla dollar qazanıb. Amerika lideri əlavə edib ki, Şumer Asiya səfərini “tam uğursuz” adlandırsa da, əslində uğurlu olduğunu etiraf edib.
QAZİLER.AZ