Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Ramiz Mehdiyevə yaxın olması ilə bağlı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun iddialarını cavablandırıb.
O Sitat.info-ya açıqlamasında bildirib ki, hər zaman eyni mövqedən çıxış edib: Hafiz Hacıyevin həmişə bir mövqeyi olub. Kimsə mənim dəyişkən mövqeli siyasətçi olduğumu deyirsə, səhv edir. Çoxları çox şey deyə bilər. Əgər fakt varsa, Ramiz Mehdiyevlə bağlı bütün suallara cavab verərəm. Bu işin üstünü açan elə mən olmuşam. Ramiz Mehdiyevlə bərabər çoxları bu prosesdə iştirak edib, çoxlarının kəlləsi gedəcək. Hələ çox şeylərin üstü açılacaq. Onların içində partiya sədrləri də var. Ramiz Mehdiyevin ətrafında Gültəkin Hacıbəyli, Əli Kərimli, Cəmil Həsənli və başqaları da olub".
H.Hacıyev Mehdiyevlə haqqında səsləndirilən hazırki ittihamlarla bağlı 15 il öncə mətbuatda çıxış etdiyini qeyd edib: "2010-cu ildə, Ramiz Mehdiyev vəzifədə olan dövrdə "Xural" qəzetində iki səhifəlik yazım gedib ki, Ramiz Mehdiyev dövlət çevrilişi hazırlayır. Onun Novxanıda dövlət çevrilişi planları hazırlamasını mən ifşa etmişəm. Bu çıxışlarım internet televiziya kanallarının hamısının arxivində var".
Sitat.info