Fransa nəhəngi 2026-cı ilin yayında böyük transferə imza atmağa hazırlaşır.
İdmanxeber.az xəbər verir ki, Paris Sen-Jermen klubunun əsas transfer hədəfi “Real Madrid”in braziliyalı ulduzu Vinisius Juniordur.
Məlumata görə, futbolçunun Madrid rəhbərliyi ilə münasibətləri gərginləşib və bu vəziyyətdən yararlanmaq istəyən PSJ yayda “kral klubu”na rəsmi təklif göndərəcək.
25 yaşlı sol cinah vingerinin bazar dəyəri 200 milyon avro təşkil edir. Cari mövsümdə Vinisius 19 oyunda meydana çıxaraq 6 qol vurub, 5 məhsuldar ötürmə edib.
Vinisius Juniorun “Real Madrid”lə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. O, “kral klubu”na 2019-cu ilin yayında “Flamenqo”dan 45 milyon avro qarşılığında transfer olunmuşdu.