AZ

Ehud Olmert: “Qəzza Fələstinin bir hissəsidir”

İsrailin sabiq baş naziri Ehud Olmert, Qəzza zolağının Fələstinin bir hissəsi olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Fransanın paytaxtı Parisdə dünən başlayan “8-ci Paris Sülh Forumu” davam edir.

Olmert forum çərçivəsində keçirilən “Atəşkəsdən Davamlı Sülhə: İki Dövlətli Həllə Doğru” adlı paneldə iştirak edib.

Qəzzanı idarə edəcək yeni hökumətin fələstinli olması gərəkdiyini vurğulayan Olmert, “Qəzza Fələstinin bir hissəsidir. İsrailin bir hissəsi deyil”, - deyə açıqlama verib.

O, Fələstin xalqı üçün “siyasi bir perspektiv”in vacibliyini qeyd edərək, “Bunun üçün çalışmalıyıq və bu hədəfə çatmaq istəməliyik” ifadəsini işlədib.

Seçilən
16
cebheinfo.az

1Mənbələr