Bakı. Trend:
Oktyabrın 30-da ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş ƏrəbƏmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşınrəhbərlik etdiyi parlament nümayəndə heyəti Milli Məclisəgəlib.
Parlamentdən Trend-ə verilənməlumata görə, qonaqlar parlamentin plenar iclas zalı ilə tanışolduqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, SaqrQobaş burada Xatirə kitabını imzalayıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova ilə Birləşmiş ƏrəbƏmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş arasındatəkbətək görüş keçirilib, ardınca nümayəndə heyətlərinin iştirakıilə geniş tərkibdə görüş davam etdirilib.
Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərinin oktyabrın29-da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında yüksəksəviyyədə təmsil olunmasına və Saqr Qobaşın məzmunlu çıxışına görətəşəkkür edib.
Parlamentin spikeri BƏƏ Federal Milli Şurasının sədrininölkəmizə ilk rəsmi səfərini yüksək qiymətləndirərək, bu səfərin ikiölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi,əməkdaşlıq imkanlarının genişlənməsi və parlamentlərarasımünasibətlərin dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyiniifadə edib. Sahibə Qafarova cari ilin may ayında Birləşmiş ƏrəbƏmirliklərinə etdiyi rəsmi səfəri məmnunluqla xatırlayaraq, səfərzamanı keçirilən görüşlərin, aparılan danışıqların və parlamentlərarasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumununəhəmiyyətini vurğulayıb.
Görüşdə dövlətlərarası münasibətlərin dinamik və hərtərəfliinkişafından məmnunluq ifadə olunaraq, vurğulanıb ki, tarixi, dinivə mədəni köklərlə bir-birinə bağlı olan iki ölkə arasında əlaqələryüksək səviyyədədir. Fəal siyasi dialoqun rolu xüsusi vurğulanaraq,ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfər vəgörüşlərin, imzalanan sənədlərin bu prosesdə mühüm əhəmiyyətdaşıdığı bildirilib. Qeyd olunub ki, ölkə liderlərinin birgəsəyləri nəticəsində iki ölkə arasındakı münasibətlər stratejitərəfdaşlıq səviyyəsinə yüksəlib. Eyni zamanda, bir çox sahələrləyanaşı, bərpa olunan enerji sahəsində həyata keçirilən birgə irilayihələrin əməkdaşlığın müxtəlif istiqamətlərinin genişlənməsindəmühüm rol oynadığı vurğulanıb.
Azərbaycana ilk rəsmi səfərindən və Beynəlxalq ParlamentKonfransında iştirakından məmnunluğunu bildirən BƏƏ Federal MilliŞurasının sədri Saqr Qobaş ölkəsinin Azərbaycanla əlaqələrininkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Qonaq səfərçərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədətəəssüratlarını bölüşüb. O, ölkə rəhbərləri arasında qarşılıqlıhörmət, etimad və səmimi dostluq prinsiplərinə əsaslananmünasibətlərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dahada dərinləşməsinə xidmət etdiyini bildirib. Qonaq yüksək səviyyəlisiyasi-iqtisadi əlaqələri müsbət qiymətləndirib, həmçininmədəni-humanitar sahələrdə də əməkdaşlığın dərinləşdirilməsininvacibliyini vurğulayıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti vəinkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.Qanunverici orqanlar arasında imzalanmış əməkdaşlığa dair AnlaşmaMemorandumuna əsaslanaraq əlaqələrin daha da inkişaf etdirilməsiməsələləri nəzərdən keçirilib.