AZ

ABŞ-nın nüvə sınaqlarına Rusiyanın münasibəti necədir?

ABŞ-nın

ABŞ lideri Donald Tramp Pentaqona digər ölkələrlə bərabər səviyyədə nüvə silahları sınaqlarına başlamağı əmr edib. Bu proses dərhal başlayacaq.

Reyting.az
Rusiya mediasına istinadla bildirir ki, Moskva Trampın bu əmrinə dərhal reaksiya verib.

Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, “Burevestnik” kruiz raket sınaqları nüvə partlatmalarını əhatə etmir və nüvə sınaqlarına qoyulan qadağanı pozmur.

“Ümid edirik ki, məlumat Trampa düzgün çatdırılıb. Bu mənada ki, bu (“Burevestnik” və “Poseidon” sınaqları) heç bir şəkildə nüvə sınağı kimi şərh edilə bilməz”,- deyə Peskov əlavə edib.

“Newsweek”ə görə, ABŞ, Rusiya və Çin dünyanın ən böyük nüvə arsenallarına sahibdirlər və rəqabətə baxmayaraq, hamının bildiyinə görə, üç ölkənin heç biri 1996-cı ildən, Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinin imzalanmasından əvvəl nüvə partlatması həyata keçirməyib.

Trampın sınaqların bərpası əmri nüvə təcrübələrinin potensial eskalasiyası və beynəlxalq normalara riayət olunmasının dəqiqliyi ilə bağlı narahatlıqlar doğurur.

V. QULİYEV
Seçilən
9
1
reyting.az

2Mənbələr