AZ

İtkin şəhidimiz Qaradağda dəfn olundu -FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçü Fikrət Abbas oğlu Əzizovun meyitinin qalıqları bu gün Bakının Qaradağ rayonundakı “Sofi Həmid Piri” qəbiristanlığında dəfn olunub.

Redaktor.az xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qaradağ Rayon Polis İdarəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin məzarı üzərinə əklil qoyulub və gül dəstələri düzülüb, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yaylım atəşi açılıb.

Qeyd edək ki, Əzizov Fikrət Abbas oğlu 1961-ci il yanvar ayının 13-də Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. Ailəli idi. İki övladı var. O, 1992-ci il fevral ayının 26-da Xocalı rayonu uğrunda gedən döyüşlərdə itkin düşüb.

 







Seçilən
19
2
redaktor.az

3Mənbələr