AZ

AzMİU-nun rektoru Çinin “Shanghai Jiao Tong” Universitetində səfərdə olub (FOTO)

Bakı.Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndəheyəti rektor, professor Gülçöhrə Məmmədovanın rəhbərliyi ilə Çininnüfuzlu Shanghai Jiao Tong Universitetində (SJTU) səfərdə olub.

Səfər çərçivəsində AzMİU nümayəndə heyəti SJTU rəhbərliyi iləbir sıra görüşlər keçirib. Universitetin Vitse-prezidenti LIUWeidong ilə baş tutan görüşdə iki universitet arasında akademikəməkdaşlığın genişləndirilməsi, birgə tədris proqramlarınıninkişafı və qarşılıqlı elmi layihələrin həyata keçirilməsiimkanları müzakirə olunub. Bundan əlavə, nümayəndə heyəti digərfakültə və şöbə rəhbərləri ilə də görüşlər keçirib.

Görüşlərdə AzMİU və SJTU arasında akademik əməkdaşlıq, tədrisproqramlarının qarşılıqlı inkişafı, elmi-tədqiqat sahələrindətəcrübə mübadiləsi və tələbə mübadiləsi imkanları müzakirə olunub.Eyni zamanda Çin təhsil sisteminin qabaqcıl təcrübələri, innovativtədris metodları və laboratoriya infrastrukturu barədə genişməlumatlar əldə edilib.

SJTU-nun Dizayn Məktəbində keçirilən görüş zamanı bu sahədəqabaqcıl tədris metodikası, gənc mütəxəssislərin praktikihazırlığını təmin edən kurs layihələrinin ardıcıl həyatakeçirilməsi və digər məsələlər müzakirə olunub. Hər ikiuniversitetin Dizayn fakültələri arasında tələbə mübadiləsiimkanları və ikili diplom proqramı ilə bağlı ilkin müzakirələraparılıb.

Qeyd edək ki, AzMİU-nun nümayəndə heyəti SJTU-nun dəvəti iləÇində keçirilən “Mathematics and AI” beynəlxalq elmi konfransındada iştirak edib.

AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
Məqalədə:
Seçilən
14
5
az.trend.az

7Mənbələr