AZ

Kondisionerlər Azərbaycana on milyonlarla dollara başa gəlib

Azərbaycan 2025-ci ilin yanvar-avqust aylarında 30 905 ədəd məişət soyuducusu idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,2% çoxdur.

Ölkə.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Eyni zamanda, soyuducuların ümumi dəyəri 22% azalaraq 7 milyon 246 min ABŞ dolları təşkil edib.

Statistikaya əsasən, hesabat dövründə ölkəyə 290 578 ədəd məişət kondisioneri idxal edilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,6% çoxdur. İdxal edilən kondisionerlərin ümumi dəyəri 71 137 900 ABŞ dolları (artım 12,5%) təşkil edib.

Eyni zamanda, bu ilin yanvar-avqust aylarında Azərbaycana 32 milyon 332,9 min ABŞ dolları (azalma 7,6%) dəyərində 153 473 ədəd paltaryuyan maşın (azalma 0,8%) idxal edilib.

Seçilən
18
2
olke.az

3Mənbələr