Bakı. Trend:
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və AzərbaycanRespublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanındaElektron Təhlükəsizlik Xidməti (ETX) maliyyə sektorunda informasiyatəhlükəsizliyi və kibertəhlükəsizliyə dair əməkdaşlığıgücləndirir.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Əməkdaşlıq çərçivəsində tərəflər sektor üzrə informasiyatəhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində koordinasiyalıfəaliyyətin təmin olunması, müvafiq tədbirlərin təşkili, həmçinininsidentlər, kiberhücumlar və digər təhdidlər barədə qarşılıqlıməlumatlandırmanın həyata keçirilməsi istiqamətində birgəçalışacaqlar.
AMB-nin sədr müavini Vüsal Xəlilov əməkdaşlığın maliyyəsisteminin kibertəhlükəsizliyinin və dayanıqlılığının artırılmasınatöhfə verəcəyini bildirib. O həmçinin bu təşəbbüsün millikibermühitin təhlükəsizliyinin gücləndirilməsi yolunda daha sıxəməkdaşlığa doğru mühüm addım olduğunu vurğulayıb.
ETX-nin rəisi Fərid Zeynalov bildirib ki, tərəfdaşlıq nəinkimaliyyə sektorunda, ümumilikdə ölkənin kibertəhlükəsizlikinfrastrukturunun möhkəmləndirilməsində mühüm rol oynayacaq. Obildirib ki, tərəflər arasında koordinasiyanın artırılmasıkibertəhlükəsizlik tədbirlərinin daha sistemli şəkildə icrasınaimkan verəcək.
Əməkdaşlıq çərçivəsində həmçinin maliyyə sektoru iştirakçılarıvə geniş ictimaiyyət arasında kibertəhlükəsizlik biliklərininartırılması məqsədilə maarifləndirici təşəbbüslərin həyatakeçirilməsi nəzərdə tutulur.