
ABŞ və Çin gələn həftə imzalanması planlaşdırılan ticarət sazişini yekunlaşdırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent Fox Business kanalında məlumat verib.
ABŞ maliyyə nazirinin sözlərinə görə, Kuala-Lumpur sazişi üzərində işlər dünən başa çatıb. Razılaşmanın əsas komponentlərindən biri Çin tərəfindən Amerika kənd təsərrüfatı məhsullarının geniş miqyaslı alınması olacaq.
"Bu barədə ilk dəfədir ki, sizin efirinizdə məlumat verirəm: biz Pekinin bu müqavilə çərçivəsində həyata keçirmək niyyətində olduğu böyük həcmdə kənd təsərrüfatı məhsullarından danışırıq", - Bessent qeyd edib.
ABŞ-ın maliyyə naziri əldə olunan razılaşmaların dünyanın iki ən böyük iqtisadiyyatı arasında iqtisadi əlaqələri gücləndirəcəyini vurğulayıb.
Məryəm Quliyeva
