AZ

Türkiyənin “Eurofighter Typhoon” qırıcıları üçün ödəyəcəyi məbləğ açıqlanıb

Türkiyə Böyük Britaniyadan 20 ədəd yeni “Eurofighter Typhoon” qırıcı təyyarəsinin tədarükü üçün 5.4 milyard funt sterlinq (7 milyard ABŞ dolları) ödəyəcək.

“Poliqon” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.

Bildirilib ki, satınalmaya 20 ədəd yeni “Eurofighter Typhoon”dan əlavə, onlar üçün raketlər, aviasiya sursatları, missiya avadanlıqları və s. daxildir.

Həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyat ehtiyaclarını qarşılamaq məqsədilə Qətər və Omandan alınacaq “Eurofighter Typhoon” təyyarələri ilə bağlı işlərin də davam etdirildiyi vurğulanıb.

Seçilən
21
poliqon.az

1Mənbələr