AZ

Xaçmazda futbol sevgisi: “Üç-beş manat toplayıb stadiona qapı qoymuşuq” - VİDEO

Xaçmaz rayonunun Gödəkli kəndində azyaşlıların futbol oynadığı stadion yerli sakinlərin şəxsi vəsaiti hesabına fəaliyyət göstərir.

Bu barədə İdman.Biz-ə həmin stadionda uşaqlara futbol dərsi keçən kənd sakini Rəvan Yusifov məlumat verib.

Onun sözlərinə görə, əsas məqsəd kənddəki uşaqların idmana marağını qorumaq və onları küçədən, asılılıqlardan uzaq saxlamaqdır:

“Öz aramızda üç-beş manat toplayıb stadiona qapı qoymuşuq. Burada 8-12 yaş arası uşaqları məşq etdiririk. Onların hər biri futbolu çox sevir, amma top, forma və məşq ləvazimatlarına ciddi ehtiyacımız var”.

Yusif Sadıqlı

İdman.Biz

Seçilən
12
1
idman.biz

2Mənbələr