AZ

Həbsdə olan Saleh Səmədovun yüksək vəzifədə olan bacısı oğlu kimdir? - Mülklərini adına keçirib (İDDİA)

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri, hazırda həbsdə olan Saleh Səmədovun üç oğlunun vəzifədən azad olunmasının ardınca, böyük qardaşı Atababa Səmədov da bu gün həbs olunub. Onun digər qardaşı Sahib Səmədovun da analoji əmələ görə barəsində axtarış elan edildiyi bildirilir.

Mənbənin verdiyi məlumata görə, Atababa Səmədov bir qrup şəxslə mütəşəkkil qaydada dələduzluq əməli törətməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Səmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Saleh Səmədovun bacısı oğlu Fuad Kərimov hazırda İmişli rayonu İcra Hakimiyyətinin  İmişli şəhəri üzrə icra nümayəndəsi vəzifəsindədir və Səmədovların qanunsuz əməllərini davam etdirir. Qeyd edək ki, bu kifayət qədər yüksək vəzifə hesab olunur. 36 min əhalinin icra nümayəndəsidir.

Sitat.info-nun əldə etdiyi məlumata görə, Saleh Məmmədovun və ailəsinin əksər mülkləri hazırda onun adınadır. Villalar, bahalı avtomobillər, obyektlər, istehsal müəssisəsi və sair. Saleh Səmədovun oğulları və qardaşları ilə bağlı tədbir görülsə də, hələki, Fuad Kərimov bu prosesdən kənarda qalmağı bacarır. Onun hələ də vəzifədə qaldığı bildirilir. 

Qeyd edək ki, Saleh Səmədov faşizm üzərində Qələbənin növbəti ildönümü ilə bağlı keçirilən tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etmişdi. 

Seçilən
24
3
sitat.info

4Mənbələr