AZ

Hərbi xidmət və xüsusi rütbəli şəxslərin pensiya hüquqları ilə bağlı yeni qaydalar təsdiqləndi

Bakı. Trend:

“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara,müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxiliişlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergiorqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onlarınailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmətvaxtının hesablanması qaydası haqqında” qərarda dəyişiklikedilib.

Trend xəbər verir ki, bununlabağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, hərbi qulluqçulara və ədliyyə orqanlarınınrəis və sıravi heyətinə ödənilən işdənçıxarma müavinətinin miqdarıvə şərtləri yenidən müəyyənləşdirilib. Hərbi xidmətdən buraxılmasəbəbinə, xidmət müddətinə və rütbəyə görə müavinət məbləğifərqləndirilir.

Həmçinin, hərbi və xüsusi rütbəli şəxslərin xidmət müddətininhesablanması qaydası təkmilləşdirilib, güzəştli şərtlərlə xidmətillərinin hesablanması, eləcə də bəzi təhsil dövrlərinin xidmətstajına daxil edilməsi ilə bağlı yeni müddəalar əlavə olunub.

Yeni qaydalar 2026-cı il 1 yanvar tarixindən qüvvəyəminəcək.

Məqalədə:
Seçilən
6
4
az.trend.az

5Mənbələr