AZ

Rusiya HƏDƏLƏDİ: Biz də hərəkətə keçəcəyik!

Kremlin sözçüsü Dmitri Peskov dayandırılan nüvə silahı sınaqlarının keçiriləcəyi təqdirdə Rusiyanın da eyni şəkildə hərəkət edəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada nüvə silahı məsələsi ilə bağlı jurnalistlərə açıqlama verib .

ABŞ prezidenti Donald Trampın Müdafiə Nazirliyinə ( Pentaqon ) nüvə silahı sınaqlarına “dərhal” başlamaq barədə göstəriş verdiyini xatırladan Peskov, “Bu məsələdə moratorium var” deyib.

Trampın digər ölkələrin nüvə silahı sınaqdan keçirdiyini iddia etdiyini deyən Peskov, bu mövzuda heç bir məlumatı olmadığını bildirib.

Limitsiz mənzilli “Burevestnik” qanadlı raketinin nüvə enerjili buraxılış sisteminə və “Poseydon” pilotsuz sualtı vasitəsinin Rusiyada sınaqdan keçirildiyini qeyd edən Peskov, bunların nüvə sınaqları olmadığını bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
1
turkustan.az

2Mənbələr