AZ

Bakı məktəbində şagirdlər bir aydır dərsə getmirlər? - Rəsmi AÇIQLAMA

Ajans.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən oxu.az-ın sorğusuna cavab verilib. 2025-2026-cı tədris tədris ilindən etibarən paytaxt üzrə digər ümumtəhsil müəssisələrində olduğu kimi 38 nömrəli tam orta ümumtəhsil məktəbində də elektron jurnallar tətbiq olunur. Məlumatda qeyd olunub ki, təhsilalanların qiymətləndirməsi və digər müvafiq qeydlər "Rəqəmsal məktəb" platforması üzərindən aparılır: "Bir sinifdə müəllim öz təşəbbüsü ilə formativ qiymətləndirmə jurnalından istifadə edib. Bununla bağlı həmin sinfin müəllimləri ilə maarifləndirmə işi aparılıb. Elektron jurnalların tətbiq edilməsinin əsas məqsədinin qiymətləndirməni rəqəmsallaşdırmaq, valideyn-məktəb əlaqəsinin daha əlçatan olmasını təmin etməkdən ibarət olduğu bir daha diqqətə çatdırılıb. Qeyd edək ki, rəqəmsal platformada şagirdlər dərs cədvəllərini izləyə, valideynlər istədikləri zaman övladlarının qiymətləri ilə tanış ola bilirlər".
Seçilən
12
Ajans.az

1Mənbələr