AZ

BBU-nun"Brend tələbə"ləri mükafatlandırılıb - FOTOLAR

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Bu gün AzEdu.az və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, AzEdu.az Təhsil Portalının müxbiri Esmira Əliyeva Bakı Biznes Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydərov, prorektorluğun metodisti Samir Aslanov və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Cavidan Heydərovun açılış nitqi ilə başlayıb:

171376

“Xanım tələbələrimiz universitetdə çox aktivdirlər. Bizdə tələbələrin say tərkibində qızlar 51%, oğlanlar isə 49% təşkil edir. Əməkdaşlarımızında 60%-i xanımlar, 40%- isə bəylərdir. Elə burda əyləşən tələbələr içərisində də xanımların daha çox olduğu bəllidir. Bu il biz istedadlı tələbələri seçən zaman say tərkibinə baxdıqda yenə xanım tələbələrin say çoxluq təşkil etdiyinin şahidi oldum. Maraqlı tendensiyadır.

AzEdu.az Təhsil Portalına belə bir maraqlı layihə üçün çox təşəkkür edirəm. Bu olduqca yaxşı təşəbbüsdür. Arzu edirəm ki, davamlı olar. Eyni zamanda vaxtınızı ayırıb təqdimat mərasiminin təşkil etdiyiniz üçün dərin minnətdarlığımı bildirirəm. İlk dəfərdir ki, bizim universitetdəsiniz. Arzu edirəm ki, əməkdaşlığımız daha möhkəm olar. “Brend tələbə” adına layiq görülən bütün tələbələrimizi təbrik edirəm”.

Daha sonra Ləman Novruzova "Brend tələbə" adına layiq görülən tələbələri təbrik edərək çıxışına başlayıb:

171377“İlk növbədə hər birinizi səmimiyyətlə salamlayır, bu gün mükafata layiq görülən bütün tələbələri ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, bu il ilk dəfə olaraq İdman Akademiyası da bizim layihəyə qoşulub.

Tələbələrin uğurlarının təhsil aldıqları ali məktəblər tərəfindən dəyərləndirilməsi, şübhəsiz ki, son dərəcə vacibdir. Lakin bu uğurların universitet divarlarını aşaraq, cəmiyyət və media tərəfindən də tanınması, gənclər üçün daha geniş bir motivasiya mənbəyinə çevrilir. Belə tanınma, tələbələri yeni nailiyyətlərə, daha yüksək zirvələrə doğru ruhlandırır və onların gələcək fəaliyyətinə əlavə stimul verir.

Artıq üç ildir ki, AzEdu.az Təhsil Portalı tərəfindən həyata keçirilən bu layihənin əsas məqsədi də məhz bundan ibarətdir. Tələbələrin bilik və bacarıqlarını önə çıxarmaq, onların səsini daha geniş ictimaiyyətə çatdırmaq. Layihənin gələcək perspektivi isə, şübhəsiz ki, onun əhatə dairəsini genişləndirərək Azərbaycanın bütün universitetlərini bu təşəbbüsə cəlb etməkdir".

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Bakı Biznes Universitetinin"Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

Fatimə Həsənzadə -Biznesin idarə edilməsi ixtisasının tələbəsi;

Elnar Əhmədov -Biznesin idarə edilməsi ixtisasının tələbəsi;

Asena Məmmədli-Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbəsi;

Vəfa Əkbərova-Maliyyə ixtisasının tələbəsi;

Zərifə Dadaşova-İqtisadiyyat ixtisasının tələbəsi;

Nuray Nəsirzadə-Biznesin idarə edilməsi ixtisasının tələbəsi;

Taleh Hacıyev-Maliyyə ixtisasının tələbəsi;

Zeynəb Qənbərova- Biznesin idarə edilməsi ixtisasının tələbəsi;

Şəbnəm Camalova- Mühasibat uçotu ixtisasının tələbəsi;

Marina Şahbazova- Sosial iş ixtisasının tələbəsi.

Seçilən
28
azedu.az

1Mənbələr