Avropa Mərkəzi Bankı (ECB) proqnozlara paralel olaraq əsas faiz dərəcəsini 2%-də sabit saxlayıb.
Marja.az xəbər verir ki, bankın depozit faizi 2%, yenidən maliyyələşdirmə faizi 2,15%, borclanma faizi isə 2,40% səviyyəsində qalıb.
Bazarlarda da faizlərin sabit qalacağı gözlənilirdi.
ECB bildirib ki, inflyasiya ortamüddətli hədəf olan 2%-ə yaxın səviyyədə qalır. İdarə Heyəti ortamüddətdə inflyasiyanın 2% hədəfində stabilləşməsini təmin etməyə qərarlıdır.
ECB açıqlamasında əlavə edib: "İnflyasiya hədəfə yaxın olsa da, görünüş qeyri-müəyyəndir. Məlumatlara əsaslanaraq hərəkət etmək və iclasdan iclasa qərar vermək yanaşmamızı davam etdirəcəyik."
 
                        