AZ

Şam yeməyi üçün sağlam və doyumlu resept

Şam

Şam yeməyi üçün sağlam və doyumlu resept - Multivarkada badımcanlı dana ətiTərkibi:- Dana əti (lopatka, sümüksüz) – 500 q - Badımcan – 500 q - Soğan – 200 q (2 ədəd) - Yerkökü – 150 q (1 ədəd) - Tomat pastası – 50 q - Sarımsaq – 10 q (2 diş) - Zeytun yağı – 10 q - Su – 200 ml - Duz, qara istiot, paprika – zövqə görə - Yaşıl göyərti (cəfəri/dərəotu) – istəyə görə Hazırlanması:1. Dana ətini kub formasında doğrayın. 2. Badımcanı da doğrayın, üstünə duz səpib 20 dəqiqə gözlədin, sonra yuyub suyunu sıxın. 3. Soğanı yarımhalqa, yerkökünü isə rəndədən keçirin, sarımsağı xırda doğrayın. 4. Multivarkaya yağı tökün, soğan və yerkökünü 5-7 dəqiqə qovurun. 5. Əti əlavə edin, qızılı qabıq yaranana qədər bişirin. 6. Badımcan, tomat pastası, sarımsaq, ədviyyatlar və suyu əlavə edib qarışdırın. 7. Qapağını bağlayıb "Tuşeniye" rejimində 1,5–2 saat bişirin. 8. Süfrəyə verdikdə üzərinə göyərti səpin.100 q üçün qida dəyərləri: Kalori – 83 Zülal – 7.4 q Yağ – 4.4 q Karbohidrat – 4.7 qReseptlərinizi bizimlə paylaşmaq və saytda dərc etdirmək istəyirsinizsə, əlaqə:"[email protected]"Ulusum.az

Diqqət Çəkənlər

Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO

Könül Dəftərim: Şamaxının yaddaşında iz buraxan bir ailə dastanı -VİDEO

102 İllik Tarix: Cümhuriyyətin Gücü və Qüruru

Seçilən
42
ulusum.az

1Mənbələr