AZ

Əli silahlıların oğurladığı 62 baş quzudan 56-sı “geri qayıtdı” – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün silahlı şəxslər Göygölün Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən kəndli fermer təsərrüfatından 62 baş xırdabuynuzlu heyvanı oğurlamışdı. Hadisə vaxtı gözətçi yatdığına görə, oğruların gəlməyindən xəbəri olmayıb. Bildirilmişdi ki, quzular əl ilə yemlənir və belə davam edərsə onların tələf olmaq təhlükəsi var.

NOCOMMENT.az xəbər verir ki, son məlumata əsasən 62 baş xırdabuynuzlu heyvandan 56 başı tapılıb.

Onlardan 6-dan hələ ki xəbər yoxdur.

Tapılan 56 baş quzunun görüntüləri paylaşılıb.

Videonu təqdim edirik:

Seçilən
21
nocomment.az

1Mənbələr