AZ

ABŞ kəşfiyyatından Maduronun pilotuna şok təklif - təyyarəni istədiyimiz istiqamətə çevir, 50 milyonu al…


ABŞ federal agenti Edvin Lopes gizli görüşdə Venesuela prezidenti Maduronun pilotu Bitner Villeqasa şok təklif irəli sürüb. Beynəlxalq xəbər agentliyi AP-nin məlumatına görə, ABŞ təxminən iki il əvvəl Maduronun pilotunu ələ almağa çalışıb.

ABş agenti pilotdan Venesuela liderinin təyyarəsini gizlicə ABŞ hakimiyyətinin müdaxilə edə biləcəyi bir nöqtəyə yönləndirməsini istəyib. Lopes pilotu razı salmaq üçün onun " çox varlı adam” ola biləcəyini deyib.

Məlumata görə, iki tərəf arasında görüşün gərgin keçməsinə baxmayaraq, pilot görüş yerindən ayrılmazdan əvvəl federal agentə mobil telefon nömrəsini verərək gələcəkdə əməkdaşlığa açıq ola biləcəyi mesajını verib.

AP-nin əldə etdiyi məlumata görə, təxminən 16 ay gizli şəkildə həyata keçirilən plan sonda uğursuz olub.

Bildirilir ki, əməliyyat Vaşinqtonun uzun müddətdir Maduronu devirmək cəhdi və Karakas hökumətini "narkotik qaçaqmalçılarını, terrorçu qrupları və Kubanı dəstəkləməkdə" ittiham etdiyi strategiyanın bir hissəsi olub.

İyul ayında təqaüdə çıxmasına baxmayaraq, Lopes Villeqasla şifrələnmiş mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayıb. Lopezin pilotu razı salmaq üçün istifadə etdiyi proses casus trillerini xatırladan elementləri əhatə edib - lüks şəxsi təyyarələr, hava limanı anqarında gizli görüşlər və Maduronun ən yaxın adamlarından biri ilə təmaslar.

AP sənəddə adı çəkilən bütün şəxslərin adlarının gizli saxlanıldığını bildirib. Məlumata görə, onların ya danışmaq səlahiyyəti yox idi, ya da cəzalandırılmaqdan qorxurlar.

Mesajlardan birində Lopezin 7 avqustda pilota "Cavabınızı gözləyirəm" yazdığı və ABŞ Ədliyyə Nazirliyinin Maduronun başına qoyulan mükafatı 50 milyon dollara qədər artırdığını elan edən mətbuat açıqlamasına keçid linkini də paylaşdığı bildirilir.

Qeyd edək ki, Trampın Ağ Evə qayıtmasından bəri Vaşinqtonun Maduroya qarşı daha sərt mövqe tutmağa başlayıb.

Bu yay ABŞ Venesueladan kokain qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən balıqçı qayıqlarına qarşı əməliyyatlar aparmaq üçün Karib dənizinə minlərlə əsgər, hərbi gəmi və hücum vertolyotu göndərib. ABŞ ordusunun keçirdiyi 13 ayrı əməliyyatda, əksəriyyəti Sakit okeanın şərqində olmaqla ən azı 57 nəfər həlak olub.

Son günlərdə bölgəyə B-1 Lancer bombardmançı təyyarələri də göndərilib və ABŞ mediasının məlumatına görə, 6500 əsgər də potensial əməliyyatlar üçün hazır vəziyyətə gətirilib.

TAHİR

Seçilən
24
baki-xeber.com

1Mənbələr