AZ

“İvanişvilini başqa üsullarla dayandırsaydım, mən də ona bənzərdim” – Saakaşvili

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Gürcü arzusu” hakim partiyasının qurucusu Bdzina İvanişvilidən köklü şəkildə fərqləndiyinə diqqəti cəlb edib.

NOCOMMENT.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Saakaşvili sosial şəbəkədə yazıb.

“Məni 2011-2012-ci illərdə İvanişvilinin yaratdığı təhlükəni anladığım zaman niyə daha qətiyyətli hərəkət etmədiyimə görə daim günahlandırırlar. Əslində, seçki kampaniyası zamanı insanlara İvanişvili seçiləcəyi təqdirdə onları nələrin gözlədiyini izah etmək üçün əlimdən gələni etdim”, – deyə sabiq president vurğulayıb.

Saakaşvili fərqi göstərmək üçün belə müqayisə aparıb: “Daha artığını etmək ona bənzərdi ki, sevgilinin başqası xoşuna gəlir, sən isə onu döyürsən, xəsarət yetirirsən və evə qapadırsan. Əgər mən İvanişvilini başqa üsullardan istifadə edərək dayandırsaydım, bu, ona bənzəmək və diktatura qurmaq demək olardı.

Mən bunu sadə bir səbəbdən etməzdim – İvanişvili ilə mən tamamilə fərqliyik. O, insanları sevmir, mən isə insanları sevirəm.Ona görə də bu təhlükəli, bədxah adamın özünü apardığı kimi mən hərəkət edə bilməzdim. Ümid edirəm ki, siz məni başa düşəcəksiniz”, – deyə Saakaşvili əlavə edib.

Xatirə SADİQ

Seçilən
20
nocomment.az

1Mənbələr