Bakı. Trend:
“Volkswagen” konserni bu ilin üçüncü rübündə 1,07 milyard avrozərər etdiyini açıqlayıb.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, korporasiyanın məlumatında iyul-sentyabraylarında xalis mənfəətin 60 faizdən çox azalaraq 8,8 milyarddan3,4 milyard avroya düşdüyü bildirilib.
Bu vəziyyətlə əlaqədar “Volkswagen” konserninin rəhbəri OliverBlume “Porsche”nin də baş direktoru vəzifəsindən istefa verəcəyiniaçıqlayıb.
Şirkətin məlumatında “Volkswagen”in əsas markasının sabitləşməyənail olduğu bildirilib. 2030-cu ilədək 35 min iş yerinin ixtisarınınəzərdə tutan qənaət proqramı öz nəticələrini göstərir.
Şirkətin əməliyyat mənfəət marjası ilin ilk doqquz ayında 2,3faizə yüksəlib. Gəlirlər 0,6 faiz artaraq 239 milyard avroya,çatdırılan avtomobillərin sayı isə 1,2 faiz artaraq 6,6 milyonayüksəlib.