Son illər bazarlarda, küçə piştaxtalarında açıq şəkildə satılan kolbasa və toyuq məhsulları çoxalmaqdadır. Rənginə, dadına aldanan alıcılar isə çox zaman bir məqamı unudur – bu məhsulların harada və necə hazırlandığı məlum deyil. Soyuducu şəraiti olmadan, günün istisində saatlarla qalan bu ət məhsulları sağlamlığımız üçün ciddi təhlükə yaradır. Mütəxəssislərə görə qida zəhərlənmələri, bağırsaq infeksiyaları və digər xəstəliklər belə nəzarətsiz satılan məhsullardan qaynaqlana bilər.
Bəs insanlar nələrə diqqət etməlidirlər? İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov “TV Müsavat”ın efirində məsələyə münasibət bildirib.
Musavat.com həmin videomaterialı təqdim edir:
Afaq MİRAYİQ,
Rafət Şahbazov