AZ

Putini cilovlamaq üçün Ukraynanın 4 ilə 400 milyard dollara ehtiyacı var

Kiyevin 2026–2029-cu illərdə müdafiə qabiliyyətini saxlamaq və Rusiyanın təcavüzünə qarşı dayanıqlı olmaq üçün təxminən 389 milyard dollara, həm silah, həm də nağd maliyyə şəklində ehtiyacı olacaq...

Poliqon xəbər verir ki, The Economist jurnalı Ukraynanın qarşıdakı dörd ildə ehtiyac duyacağı maliyyə və hərbi resursları təhlil edib. Nəticələrə görə, bu məbləğ Avropanın Rusiya işğalı başladıqdan bəri Kiyevə göstərdiyi ümumi dəstəyin iki qatına yaxındır.

Hazırda Ukraynanın illik hərbi büdcəsi təxminən 65 milyard dollardır. Bundan əlavə, dövlətin digər xərcləri ildə 73 milyard dollara çatır. Dragon Capital şirkətinin məlumatına əsasən, Ukrayna hökuməti daxili mənbələrdən təxminən 90 milyard dollar gəlir toplayır, 50 milyard dollarlıq hissə isə büdcə kəsiri kimi qalır. Bununla yanaşı, ölkə bu il təxminən 40 milyard dollarlıq silah yardımını pulsuz əldə edib.

Artan hərbi xərclər və Rusiya ilə müqayisə
The Economist qeyd edir ki, bu maliyyə hələlik Ukraynaya müdafiəni saxlamağa imkan verir, lakin hərbi xərclər hər il 20% artır. Bu artım tempinə baxmayaraq, Kiyevin müdafiə büdcəsi hələ də Rusiyanın xərclərinin təxminən üçdə ikisi səviyyəsindədir. Yüksək vəzifəli bir ukraynalı məmur bildirib ki, Moskvanın real hərbi xərcləri rəsmi büdcə göstəricilərini iki dəfədən çox aşa bilər.

Gələcəkdə silah və bərpa ehtiyacları

Hökumət mənbələrinin sözlərinə görə, Ukraynanın gələcək maliyyə tələbləri əsasən ordunun strukturundan asılı olacaq. The Economist hesab edir ki, ölkənin silah tələbatı hər il 5% artacaq. Digər dövlət xərcləri sabit qalacaq, lakin dağıdılmış infrastrukturun bərpasına ildə təxminən 5 milyard dollar sərf olunacaq.

Bu göstəricilər birləşdirildikdə, 2026–2029-cu illər ərzində Ukraynanın ümumi ehtiyacı 389 milyard dollar təşkil edir. Bu vəsaitin tamamı Avropadan təmin edilsəydi, Avropa İttifaqının payı 328 milyard, Böyük Britaniyanın isə 61 milyard dollar olardı.

ABŞ iştirak etməzsə...

ABŞ maliyyə dəstəyində iştirak etməsə, NATO-nun qalan üzvləri üçün xərclərin ÜDM-ə nisbəti 0,2%-dən 0,4%-ə qalxacaq. Hazırda Aİ Kiyevə 2027-ci ilə qədər 15 milyard dollar ayırmağı planlaşdırır. Qeyri-avropalı tərəfdaşlar isə ildə 2 milyard, eyni məbləği Ukrayna borclanma yolu ilə, əlavə olaraq 10 milyardı isə BVF vasitəsilə əldə edə bilər.

Silahlanmaya ayrılacaq nəhəng məbləğ

Yaxın illərdə Ukraynanın silah tələbatı 181 milyard dollara qədər yüksələcək. ABŞ artıq silah tədarükünü dayandırıb, lakin kəşfiyyat və rabitə sahəsində dəstəyi davam etdirir. Böyük Britaniya ildə 4 milyard dollarlıq silah verir, Danimarka və bir neçə digər ölkə isə 2022–2028-ci illərdə Ukraynada silah istehsalı üçün ümumilikdə 8 milyard dollar sərmayə yatırır.

The Economist yazır ki, hətta müharibə başa çatdıqdan sonra da maliyyə axını davam etməlidir, çünki Ukrayna silah ehtiyatlarını bərpa etməli və daimi ordusunu saxlamalı olacaq.

Avropanın mümkün maliyyə mənbələri

Nəşr Aİ üçün iki əsas maliyyə mənbəsini göstərir. Birincisi, birliyin öz büdcəsidir: Avropa Komissiyası 2028-ci ildən başlayaraq 7 illik dövrdə Ukraynaya 117 milyard dollar ayırmaq niyyətindədir. Bu, digər sahələrdə ciddi qənaət tələb edəcək — 2028–2029-cu illərdə illik təxminən 30 milyard dollar.

İkinci mənbə isə Aİ-də dondurulmuş 163 milyard dollarlıq Rusiya dövlət aktivləridir. Onların xüsusi istiqraz mexanizmi və ya reparasiya krediti kimi Ukraynaya yönəldilməsi planlaşdırılır.

Ümumilikdə, müharibənin başlanğıcından bəri Avropa ölkələri Kiyevə 206 milyard, ABŞ isə təxminən 133 milyard dollar məbləğində pul və silah yardımı göstərib.

Poliqon.info

Seçilən
22
1
poliqon.info

5Mənbələr