AZ

Rusiya Suriyada hava uçuşlarını bərpa edib

Ajans.az xəbər verir ki,bu barədə məlumatı Bloomberg agentliyi Flightradar24 uçuş izləmə platformasının məlumatlarına və Kremlə yaxın mənbələrə istinadən yayıb. Məlumata görə, ən azı iki Rusiya hərbi təyyarəsi son günlərdə Suriyanın Latakiya şəhərinə enib. İl-62M tipli nəqliyyat təyyarəsi 26 oktyabrda Liviyadan Latakiyaya, daha sonra isə Moskva vilayətinə uçub. An-124-100 “Ruslan” ağır yük təyyarəsi isə 24 oktyabrdan bəri üç dəfə bazaya eniş edib, son uçuş isə çərşənbə günü baş tutub. Bloomberg-in məlumatına görə, bu hərəkət Suriyada hökumət dəyişikliyindən sonra Rusiya hərbi fəaliyyətinin bərpası kimi qiymətləndirilir. Xatırladaq ki, 15 oktyabrda Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezidenti Əhməd əl-Şaraa Kremldə görüşərək iki ölkə arasında hərbi və iqtisadi əməkdaşlığı müzakirə etmişdilər.

 

Seçilən
21
1
Ajans.az

2Mənbələr