Qazaxıstan Prezidentinin keçmiş müşaviri və Almatı şəhərinin keçmiş merinin müavini Yerjan Babakumarov Astanada baş verən davada öldürülüb.
Bu barədə Sputnik Qazaxıstan yerli polisə istinadən məlumat yayıb. Polis bildirib ki, Babakumarovun tanışı ilə arasında şifahi mübahisə yaranıb və bu mübahisə davaya çevrilib. Zərərçəkənin xəsarətləri ölümcül olub. Hüquq-mühafizə orqanları artıq bir şübhəlini saxlayıb.
Yerjan Babakumarovun illər ərzində Qazaxıstan Prezidenti Administrasiyası yanında Təhlil və Proqnozlaşdırma Mərkəzinə rəhbərlik edib, Prezident Dəftərxanasının rəis müavini və Almatı şəhərinin merinin müavini vəzifələrində çalışıb. 2019-cu ildə bir neçə ay ərzində o, prezidentin müşaviri vəzifəsində də çalışıb.
//Samir Qurbanov, Editor.az
 
                        