"Real Madrid" Avropa Super Liqasının təşkilatçısı "A22" şirkəti ilə birgə UEFA-ya qarşı 4,5 milyard avro məbləğində məhkəmə iddiası hazırlayır.

Offsideplus.az xəbər verir ki, iddia UEFA-nın Super Liqanın yaradılmasına mane olması nəticəsində yaranan maddi zərər, gəlir itkisi və reputasiya zədələnməsi ilə bağlıdır.

Klub və "A22" nümayəndələri hesab edirlər ki, UEFA razılığa gəlmək niyyətində olmayıb, sadəcə olaraq Super Liqanın işə salınmasını gecikdirmək üçün danışıqları uzadıb.

Məhkəmə iddiası Avropa İttifaqının inhisar əleyhinə qanunvericiliyinə əsaslanır. Bir neçə ay əvvəl Avropa Komissiyası "Google" şirkətinə 2,4 milyard avro cərimə kəsmişdi — "Real Madrid"in bu qərarı presedent kimi əsas götürəcəyi bildirilir.